22:38 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
14 0 0

Ermənistanda son gündə daha 28 nəfər koronavirusdan ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1300-ə çatıb.

BAKI, 30 oktyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 1696 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 37263-ə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 12 nəfər ölüb, 2096 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 19810-a çatıb, 285 nəfər isə ölüb.

Ermənistanda koronavirusa yoluxanların sayı 87432-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2398 nəfər artıb.

Ermənistanda son gündə daha 28 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1300-ə çatıb. Xəstəlikdən sağalanların sayı 54316 nəfər olub. Hazırda bu ölkədə 31458 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 44,4 milyonu keçib, 1,17 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular