Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Rixard Zorgenin Yaponiyadakı məzarının hüquqi sahibi oldu

© Sputnik / Emin AlisahibДжамшудов Аликиши Мирзамагомед оглы
Джамшудов Аликиши Мирзамагомед оглы - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiyada bu qəbirlə bağlı bütün hüquqların Rusiya səfirliyinə ötürülməsi ilə bağlı vəsiyyətnamə hazırlanıb.

BAKI, 30 oktyabr — Sputnik. Rusiya səfirliyi Sovet kəşfiyyat zabiti Rixard Zorgenin Yaponiyadakı məzarı ilə bağlı bütün hüquqları əldə edib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbərə görə, bu barədə Tokiodakı Rusiya hərbi attaşesi Sergey Şaşkov məlumat verib.

Tokio şəhəri yaxınlığındakı Tama qəbiristanlığında Zorgenin anadan olmasının 125 illiyinə həsr olunmuş mərasimdə çıxış edən S.Şaşkov bildirib ki, məzara qulluq edən kəşfiyyat zabitinin xanımı Hanako İsii 2018-ci ildə vəfat edəndən sonra məzarla bağlı bütün hüquqlar onun qardaşı qızına keçib. Daha sonra Hanako İsiinin varisləri bu qəbirlə bağlı bütün hüquqların Rusiyanın Yaponiyadakı səfirliyinə ötürülməsi barədə vəsiyyətnamə hazırlayıblar.

Qeyd edək ki, mərasimdə Azərbaycan, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın Yaponiyadakı səfirləri də iştirak ediblər.

Xatırladaq ki, Bakıda doğulan əfsanəvi kəşfiyyatçı Rixard Zorge Yaponiyada fəaliyyət göstərmiş sovet zabitidir. O, nasist Almaniyasının SSRİ-yə hücumunun dəqiq tarixini əldə etməyə nail olmuşdu. 1941-ci ilin sentyabrında isə Yaponiyanın Almaniya tərəfində müharibəyə girməyəcəyi haqqında məlumatı SSRİ-yə ötürmüşdü. Bu məlumat sayəsində 1941-ci ilin payızında Sibir diviziyaları Moskvanın müdafiəsinə yönləndirilmişdi.

R.Zorge ölümündən sonra, 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Xəbər lenti
0