QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Dəmir Günbəz"i azərbaycanlı dostlarımızla bölüşməliyik" - Sabiq səfir

© Official website of President of Azerbaijan Republic Пусковая установка зенитных ракет Barak-8ER во время парада, фото из архива
 Пусковая установка зенитных ракет Barak-8ER во время парада, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Sderot, Aşkelon, Beer Şeva şəhərlərindən olan israillilər bu hekayəni tanıyacaqlar. Döyüş sahəsindəki itkiləri "balanslaşdırmaq" üçün mülki insanlara raketlər atılır"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Biz "Dəmir Günbəz" sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik. Sputnik Azərbaycan xəbər verir ki, bunu İsrailin Azərbaycandakı sabiq səfiri Artur Lenk "Twitter" səhifəsində yazıb.

İsraildən olan diplomat "The New York Times" qəzetinin ermənilərin Bərdədə törətdiyi cinayətdən bəhs edən məqaləsini paylaşaraq bunları yazıb: "Sderot, Aşkelon, Beer Şeva şəhərlərindən olan israillilər bu hekayəni tanıyacaqlar. Döyüş sahəsindəki itkiləri "balanslaşdırmaq" üçün mülki insanlara raketlər atılır. "Dəmir Günbəz" sistemimizi azərbaycanlı dostlarımızla bölüşməliyik".

Xatırladaq ki, A.Lenk 2005-2009-cu illərdə İsrailin Azərbaycanda səfiri olub.

Xəbər lenti
0