"Charlie Hebdo" Ərdoğanın təhqiramiz karikaturalarını yayımladı

© AFP 2023 / FRANCOIS GUILLOTРисунок в здании Charlie Hebdo, фото из архива
Рисунок в здании Charlie Hebdo, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Charlie Hebdo"-nun Məhəmməd peyğəmbərdən sonra müsəlman dövlət başçısını hədəfə alması rəsmi Ankaranın kəskin reaksiyasına səbəb olub.

BAKI, 28 oktyabr — Sputnik. Dərc etdiyi karikaturalarla Məhəmməd peyğəmbəri və bütün İslam dünyasını təhqir edən Fransanın "Charlie Hebdo" jurnalı bu dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb. Növbəti sayında Türkiyə liderinin təhqiramiz karikaturasını yayımlayacağının anonsunu verən jurnal sözügedən rəsmləri öz "Twitter" səhifəsində paylaşıb.

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, artıq Ankara bu məsələyə sərt reaksiyasını bildirib. Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay, İctimaiyyətlə Əlaləqələr və Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun, mətbuat katibi İbrahim Kalın və AKP-nin mətbuat katibi Ömer Çelik "Charlie Hebdo"nun bu addımını kəskin şəkildə pisləyib.

Prezidentin köməkçisi Fuat Oktay "Twitter" hesabında bu sözləri paylaşıb: "Fikir azadlığının arxasında gizlənərək heç kimi aldada bilməzsiniz! Fransız əsgi parçasının Prezidentimiz haqqında əxlaqsız nəşrini lənətləyirəm. Bütün dünyadakı əxlaqlı, vicdanlı insanları, beynəlxalq ictimaiyyəti bu rüsvayçılığa reaksiya verməyə çağırıram".

Prezident Aparatının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun isə məsələyə bu şəkildə münasibət bildirib:

"Fransa Prezidenti Emmanuel Makronun müsəlmanlara qarşı tutduğu mövqe artıq öz "bəhrə"sini verməyə başlayıb. "Charlie Hebdo" prezidentimizin alçaqlıqla təsvir olunmuş karikaturalarını yayımlayır. Bu jurnalın mədəni irqçiliyi və nifrəti yaymaq məqsədli iyrənc cəhdini qınayırıq. Həmin karikaturalar ürəkbulandırıcı olduğu qədər də əxlaqsızdır və açıq şəkildə Fransa liderinin ölkəsində yaratmaq istədiyi müsəlman düşmənçiliyinin, İslamofobiyanın və qeyri-tolerant mühitin məhsuludur".

Türkiyənin mülki şəxslərə yönəlmiş hər cür terror aktına qarşı olduğunu vurğulayan Altun onu da bildirib ki, bununla belə, türklər mədəniyyətlərinə və dinlərinə iyrənc hücumlara qarşı səssiz qalmayacaqlar:

"Son on ildə Türkiyə Respublikasının Prezidenti ən humanist lider kimi dünya miqyasında milyonlarla qaçqına ölkəsinin qapılarını açıb. Qadınlara, uşaqlara və əlillərə kömək etmək üçün barmağını belə tərpətməyənlər indi ədəbsizliklə liderimizi hədəf alırlar. Ancaq biz onların əxlaqsızlığına eyni şəkildə cavab vermək fikrində deyilik. Bütün sağlam düşüncəli avropalı dostlarımızı bu cür ibtidai mədəni irqçilik, intellektual yoxsulluq və mədəniyyətsiz ritorika ilə mübarizə aparmağa çağırırıq".

Qeyd edək ki, 7 yanvar 2015-ci ildə silahlı şəxslər "Charlie Hebdo"nun Parisdəki binasına basqın edərək 12 nəfəri öldürmüşdü. Əl-Qaidə təşkilatı Əlcəzair mənşəli Şərif və Səid Kouaçi qardaşlarının təşkil etdiyi hücumun məsuliyyətini öz üzərinə götürmüşdü. Təşkilatdan bildirilmişdi ki, Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiyi üçün jurnalın əməkdaşlarından bu yolla intiqam alınıb.

Xəbər lenti
0