Türkiyənin məşhur aktyoru Bərdədə baş verən terrorla bağlı paylaşım edib

© REUTERS / AZIZ KARIMOVСитуация в Барде
Ситуация в Барде - Sputnik Azərbaycan
Abunə olmaq
Aktyor bayrağımızı paylaşaraq "Üçüncü dəfə həyata keçirilən Humanitar atəşkəsi 5 dəqiqə sonra pozan Ermənistanı kəskin qınayıram. Bombalar yağdırdığı ərazidəki məsum insanların acılarını ürəkdən paylaşıram" yazıb

BAKI, 28 oktyabr — Sputnik. Ötən gün erməni vəhşiləri yenidən humatinar atəşkəsi pozaraq Bərdəyə raket ataraq terror aktı törətdilər. Sputnik Azərbaycaan xəbər verir ki, hər bir azərbaycanlı kimi türkiyəli məşhurlar da hadisəyə biganə yanaşmayıblar. Türkiyəli məşhur rejissor-aktyor Oktay Kaynarca yenidən Azərbaycana dəstək olaraq "intsagram" hesabında paylaşım edib.

Aktyor bayrağımızı paylaşaraq "Üçüncü dəfə həyata keçirilən Humanitar atəşkəsi 5 dəqiqə sonra pozan Ermənistanı kəskin qınayıram. Bombalar yağdırdığı ərazidəki məsum insanların acılarını ürəkdən paylaşıram" yazıb.

Qeyd edək ki, aktyor bundan öncə də Gəncədə baş verən 3-cü terror hadisəsi ilə bağlı da paylaşım edərək, hər zaman Azərbaycanında yanında olduğunu bildirib.

Xəbər lenti
0