16:32 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
270 0 0

Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. ", – deyib.

BAKI, 27 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronun müsəlmanları təhqir etməsindən sonra fransız məhsullarını boykot etməyə çağırması xəbəri dünya mediasının manşetində yer alıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq Fransa tərəfi məsələyə reaksiya verib və bu ölkənin ticarət sahəsinə məsul şəxsləri geri addım atmağa başlayıblar.

Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. Nazir "Hələlik yalnız yaxın günlərdə hadisələrin necə inkişaf edəcəyini izləməklə kifayətlənəcəyik", – deyib.

Rayster RTL radiosuna verdiyi açıqlamada Türkiyənin boykot çağırışına eyni üsulla cavab verməyəcəklərini, yəni, Fransada türk mallarının boykot olunması üçün xalqa müraciət etməyəcəklərini də qeyd edib. Nazir, həmçinin Türkiyə və Erdoğanla danışıqları davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, fransız məhsullarının boykot olunmasına çağırış edən ölkələrin sırasında Türkiyə ilə yanaşı, İordaniya, Yəmən, Küveyt və Qətər də var.

Xatırladaq ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqına müraciət edərək fransız məhsullarını boykot etməyə çağırmışdı.

Əsas mövzular