QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Donald Tramp Qarabağ münaqişəsini həll etməyə söz verdi

© AP Photo / Evan VucciПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp seçki kampaniyası çərçivəsində Nyu Hempşirdə seçicilər qarşısındakı çıxışı zamanı deyib ki, Ermənistan və Azərbaycan arasındakı münaqişəni həll etmək asan məsələdir.

BAKI, 25 oktyabr - Sputnik. ABŞ Prezidenti Donald Tramp, Ermənistan və Azərbaycan arasındakı münaqişəni həll etməyə söz verib.
Sputnik Türkiyə-nin məlumatına görə, seçki kampaniyası çərçivəsində Nyu Hempşirdə (New Hampshir) seçicilər qarşısındakı çıxışı zamanı Tramp Ermənistan və Azərbaycan arasındakı münaqişəyə toxunarkən deyib: 

"Bunu həll edərik. Mən buna "asan məsələ" deyirəm. Bunu həll edərik. Gedin və xalqınıza deyin. Niyə də yox? Nə edəcəyini bilirsənsə, bu, asan məsələdir".

Bundan əvvəl isə Ağ Evin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Robert O’Brayan deyib ki, Ermənistan Dağlıq Qarabağda atəşkəs elan etməyi qəbul edib, ABŞ indi də Azərbaycanı buna razı salmağa çalışır.

Xəbər lenti
0