02:22 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1159)
24 0 0

Kanadada yaşayan dost xalqların nümayəndələri də öz bayraqları ilə aksiyaya qoşularaq Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

BAKI, 25 oktyabr — Sputnik. Kanadanın Vankuver şəhərində yaşayan azərbaycanlı icmanın təşkilatçılığı və Kanada Azərbaycanlıları Şəbəkəsinin ("Network of Azerbaijani Canadians") texniki dəstəyi ilə Qarabağ üçün həmrəylik nümayişi və Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq yürüş keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

  • Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş
    © Photo : The State Committee on Work with Diaspora of AR

1 / 3
© Photo : The State Committee on Work with Diaspora of AR
Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş

Bildirilib ki, "Vancouver Public Library" meydanına toplaşan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

Aksiyada "Qarabağ Azərbaycandır", "Erməni təcavüzünə son", "Mülki insanlar toxunulmazdır", "Uşaq ölümünə son qoyun", "Gəncə üçün dua et", "Erməni terroruna son" kimi şüarlar səsləndiriblər.

Kanadada yaşayan dost xalqların nümayəndələri də öz bayraqları ilə aksiyaya qoşularaq Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla 10 nəfər həlak olub, 15-i qadın, 6-sı uşaq olmaqla 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 5-i uşaq olmaqla 17 nəfər dinc sakin həlak olub, 51 nəfər xəsarət alıb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1159)

Əsas mövzular