22:02 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
64 0 0

Əhalidən xahiş edilir ki, bacardıqları qədər evdə otursunlar, çölə çıxmaq məcburiyyəti olduqları halda isə mütləq qoruyucu vasitələrdən istifadə etsinlər

BAKI, 25 oktyabr — Sputnik. Şimali Koreya hökuməti əhalisini diqqətli olmağa və evdə oturmağa səsləyib. Sputnik Azərbaycan-ın "Reuters"ə istinadən xəbərinə görə, Şimali Koreya hökuməti belə çağırış etməklə bildirib ki, Çindən yayılan sarı toz COVID-19-un yayılmasına səbəb olacaq. Bildirilir ki, 1900 km uzaqlıqda olan və Qobi səhrasından qalxan toz virusu yayaraq ölkəyə gətirə bilər.

Bu barədə Şimali Koreyanın rəsmi qəzetində məlumat yayılıb və əhalidən xahiş edilir ki, bacardıqları qədər evdə otursunlar, çölə çıxmaq məcburiyyəti olduqları halda isə mütləq qoruyucu vasitələrdən istifadə etsinlər, və maska taxsınlar. Bundan başqa, çöldən qayıtdıqda isə şəxsi gigyena qaydalarına əməl etmək tövsiyə edilir. Həmçinin tikinti işlərinin dayandırılması da məsləhət görülür.

Əsas mövzular