21:54 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
129 0 0

Fransanın İslamı təhqir etməsinə qarşı dünyada etirazlar böyüyür. İslamı təhqir etməsinə görə, Fransa məhsulları Mərakeş və Qətərdə boykot edilir.

BAKI, 24 oktyabr — Sputnik. Fransanın İslamı təhqir etməsinə qarşı dünyada etirazlar böyüyür.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Fransada bəzi binalarda İslamı təhqir edən karikaturaların asılması müsəlmanların sərt etirazlarına səbəb olub.

İslam Əməkdaşlıq Təşkilatı və Küveyt Fransada baş verənləri qınayıb. İslamı təhqir etməsinə görə, Fransa məhsulları Mərakeş və Qətərdə boykot edilir.

Fransada bir müəllim şagirdlərə 2015-ci ildə Fransız jurnalında çıxan İslamı təhqir edən karikaturaları göstərib. Bu hadisədən sonra həmin müəllim öldürülüb. Bu dəfə isə bəzi yerli hakimiyyət orqanlarının binalarında həmin karikaturalar asılıb. Fransa hökumətinin bu hərəkətlərinə İslam dünyasından təpkilər yağır.

Qeyd edək ki, fransız müəllimin öldürülməsindən sonra Fransa Prezidenti Makron və bir çox siyasətçi müsəlmanları hədəf alan açıqlamalar verib. Fransa polisi ölkədəki 50-dən çox məscid və dərnəyə basqın edib.

Əsas mövzular