SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsraildən Azərbaycana qardaş yardımı

© AFP 2023 / JACK GUEZİsrail bayrağı
İsrail bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
İsraildən Azərbaycana göndərilən tibbi ləvazimatlar ölkədəki xəstəxanalara çatdırılıb. Humanitar yardım davam edir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr - Sputnik. "İsraildən Azərbaycana gətirilən tibbi yardımlar ölkədəki xəstəxanalara çatdırılıb. Humanitar yardım davam edir".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində yazılıb.

Qeyd edək ki, ötən gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə səfər edib. İsrailli diplomat Gəncəyə səfərinin əsas məqsədinin erməni terroru zamanı həlak olan dinc sakinlərin yaxınları və Gəncə sakinləri ilə görüşmək, bu dəhşətli raket hücumlarının səbəb olduğu dağıntıları öz gözləri ilə görmək olduğunu deyib:

"Buraya Azərbaycan xalqına və Gəncə şəhərinin sakinlərinə, həlak olanların ailələrinə başsağlığı vermək və bu hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləmək üçün gəlmişəm. Biz İsrail dövləti olaraq müharibə və hücumların, xüsusən də günahsız mülki şəxslərə qarşı həyata keçirilən bu cür hücumların səbəb olduğu dəhşətli hadisələrin nə olduğunu çox yaxşı bilirik. Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara qarşı həyata keçirilən hücumlar qəbuledilməzdir. Heç bir insanın həyatına laqeyd yanaşmaq olmaz. Heç kim bu cür şəraitdə yaşamamalı və gecələr rahat yatarkən heç kim öz yaxınlarını, əzizlərini və ya qonşusunu itirməməlidir".

Qeyd edək ki, İsrail Azərbaycan-ın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəkləyir. Onun bu addımı Azərbaycanda da yüksək qiymətləndirilir. Vətəndaşlar İsrailə olan hörmətlərini öz maşınlarında İsrail bayrağını daşımaqla və evlərin balkonlarından onu asmaqla ifadə edirlər. 

Xəbər lenti
0