20:43 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (512)
16 0 0

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,6 milyonu keçib, 1,14 milyondan çox adam isə virus səbəbilə ölüb

BAKI, 23 oktyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 1759 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 24562-yə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 5 nəfər ölüb, 350 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 9751-ə çatıb, 183 nəfər isə ölüb.

Ermənistanda koronavirusa yoluxanların sayı 73310-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2474 nəfər artıb.

Ermənistanda son gündə daha 14 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1145-ə çatıb. Xəstəlikdən sağalanların sayı 50276 nəfər olub. Hazırda bu ölkədə 21560 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,6 milyonu keçib, 1,14 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (512)

Əlaqədar

Avropada əlahiddə iclas keçiriləcək
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
Jirinovski Rusiyadan çıxışa qadağan qoymağa çağırıb
Vasif Əliyev: “İnsanlar son günlər sanki koronavirusu unudublar”
Adil Qeybulla: “Yoluxma sayının artması bizə baha başa gələ bilər”

Əsas mövzular