Gürcüstanda vəziyyət pisləşir: Bir gündə 15 nəfər koronavirusdan öldü

© AFP 2023 / VANO SHLAMOVСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Son bir gün ərzində Gürcüstanda koronavirusa 1194-ə yoluxma qeydə alınıb. İndiyə qədər Gürcüstanda 19587 yoluxma qeydə alınıb

BAKI, 20 oktyabr — Sputnik. Gürcüstanda son 24 saat ərzində koronavirus infeksiyasından 15 nəfər ölüb. Sputnik Gürcüstan xəbər verir ki, bu, koronavirus pandemiyasının yayılmasından sonra Gürcüstanda qeydə alınan ən yüksək ölüm göstəricisidir.

Son 24 saat ərzində 7 nəfər Tbilisidə, 4 nəfər Batumidə, 2 nəfər Kutaisidə, bir nəfər Qori, bir nəfər isə Mtsxetada vəfat edib.

Bununla da Gürcüstanda koronavirus infeksiyasından ölənlərin sayı 158-ə çatıb.

Qeyd edək ki, son bir gün ərzində Gürcüstanda koronavirusa 1194-ə yoluxma qeydə alınıb. İndiyə qədər Gürcüstanda 19587 yoluxma qeydə alınıb. Onlardan 8666-ı sağalıb.

Xəbər lenti
0