Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı: bir sutkada mindən çox

© REUTERS / EDGARD GARRIDOПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1101-ə çatıb. Xəstəlikdən sağalanların sayı 48734 nəfər olub

BAKI, 20 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 66694-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1234 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1101-ə çatıb. Xəstəlikdən sağalanların sayı 48734 nəfər olub. Hazırda bu ölkədə 16541 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40 milyonu keçib, 1,2 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0