08:45 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1121)
89 0 0

Dünya azərbaycanlıları Kanadada toplaşıb Qarbağ həqiqətlərini dünyaya car çəkiblər. Bundan başqa, mitinqdə Azərbaycan muğamının incisi sayılan "Qarabağ şikəstəsi"ni səsləndiriblər.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl və Füzuli şəhəri də daxil olmaqla bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri dünya azərbaycanlılarını bir daha yumruq kimi birləşdirib.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ-ın müxtəlif ştatlarında, Finlandiyada, Almaniyada, Böyük Britaniyada, Macarıstanda, İordaniya və digər ölkələrdə yaşayan azərbaycanlılar Qarabağ həqiqətlərini çatdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirib və şüarlar səsləndiriblər. Vəzifəsindən və tutduğu statusdan aslı olmayaraq hər kəs öz töhfəsini verməyə çalışır. Bu dəfə isə dünya azərbaycanlıları Kanadada toplaşıb Qarabağ həqiqətlərini dünyaya car çəkiblər. Bundan başqa, mitinqdə Azərbaycan muğamının incisi sayılan "Qarabağ şikəstəsi"ni səsləndiriblər.

Qeyd edək ki, sözügedən mitinqdə qardaş Tükiyədən başqa, İsrail, Pakistan, Gürcüstanın da bayraqları dalğalanıb.

Bundan başqa, Amerikanın Nyu-York ştatında da "Qarabağ Azərbaycandır!" yazıldığı şüarlar nümayiş etdirilib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1121)

Əsas mövzular