13:21 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
7811

Azərbaycanla qonşu ölkəyə 13 il bundan əvvəl BMT tərəfindən tətbiq olunan embarqo aradan qaldırıldı.

BAKI, 19 oktyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatı (BMT) 2007-ci ildən bu yana İrana silah alış-satışı ilə bağlı tətbiq etdiyi embarqonu aradan qaldırıb. Beləliklə, İran bu gündən etibarən heç bir məhdudiyyət olmadan silah alış-satışı həyata keçirəcəyini bəyan edib.

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, İranın Xarici İşlər Nazirliyi bu barədə açıqlama verib. Açıqlamada BMT Təhlükəsizlik Şurasının (UNSC) daimi üzvləri ilə Almaniya arasında imzalanan nüvə razılaşmasına uyğun olaraq 13 ildir qüvvədə olan beynəlxalq silah embarqosunun və bəzi İran rəsmilərinə tətbiq olunan beynəlxalq səyahət qadağasının aradan qaldırıldığı bildirilir.

"Bu gün ABŞ rejiminin səylərinə meydan oxuyaraq BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini və nüvə razılaşmasını müdafiə edən beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli gündür", – deyə açıqlamada qeyd olunur.

"İran bu gündən etibarən heç bir hüquqi məhdudiyyət qoyulmadan istənilən mənbədən yalnız öz müdafiə ehtiyaclarına uyğun olaraq lazımi silah və avadanlıqlar ala və öz siyasətinə müvafiq şəkildə müdafiə silahları ixrac edə bilər", – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, ABŞ rəhbərliyi 2018-ci ildə birtərəfli qaydada nüvə razılaşmasından çıxdı. ABŞ həmin ilin avqust ayından etibarən İranı raket proqramı və regiona təsirini məhdudlaşdıran yeni bir müqavilə imzalamağa məcbur etmək üçün bu ölkəyə qarşı ən ağır sanksiyalar tətbiq etməyə başladı.

Əsas mövzular