Netanyahu: İsrail Azərbaycanın müstəqilliyini tanımaqdan qürur duyur

© Alex KOLOMIENSKY / POOL / AFP Биньямин Нетаньяху, фото из архива
 Биньямин Нетаньяху, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin Baş Naziri Benyamin Netanyahu Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

BAKI, 19 oktyabr - Sputnik. İsrailin Baş Naziri Benyamin Netanyahu Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Benyamin Netanyahu məktubunda İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqdan qürur duyduğunu vurğulayıb.

Həmin tarixdən keçən 30 ilə yaxın müddət ərzində İsrail və Azərbaycan xalqlarının həqiqi dostluğuna əsaslanaraq iki ölkə arasında möhkəm münasibətlərin qurulduğu qeyd olunub. 

İsrailin Baş Naziri ümumi maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün birgə səylərin göstərilməsinə hazır olduğunu ifadə edib.

Benyamin Netanyahu Azərbaycan xalqına inkişaf, sabitlik və firavanlıq arzulayıb.

Xəbər lenti
0