QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Liberman: "Gəncədə dinc sakinlərin qətlə yetirilməsi insanlıq əleyhinə cinayətdir"

© AFP 2023 / MENAHEM KAHANAАвигдор Либерман
Авигдор Либерман - Sputnik Azərbaycan
Abunə olmaq
"Sizin xalqınız üçün bu mürəkkəb anlarda mən, ilk növbədə, qətlə yetirilənlərin bütün doğmalarına və yaxınlarına başsağlığı vermək və əlbəttə, bütün Azərbaycan xalqını dəstəklədiyimi bildirmək istəyirəm".

BAKI, 18 oktyabr - Sputnik. İsrailin sabiq müdafiə və xarici işlər naziri Aviqdor Liberman Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində ölkə vətəndaşlarının həlak olması ilə əlaqədar Azərbaycan xalqını dəstəklədiyini bildirən audiomüraciət yazdırıb.

APA-nın məlumatına görə, audiomüraciətdə deyilir: “Münaqişə zonasına daxil olmayan regionların atəşə tutulması beynəlxalq hüququn birbaşa pozulmasıdır. Dinc sakinlərin – yaşlıların və uşaqların qətlə yetirilməsi insanlıq əleyhinə cinayətdir. Bu, Cenevrə Konvensiyasından başlayaraq, bütün beynəlxalq hüquqi normalara ziddir. Sizin xalqınız üçün bu mürəkkəb anlarda mən, ilk növbədə, qətlə yetirilənlərin bütün doğmalarına və yaxınlarına başsağlığı vermək və əlbəttə, bütün Azərbaycan xalqını dəstəklədiyimi bildirmək istəyirəm. Çox ümid edirəm ki, bu münaqişənin növbəti dəfə alovlanması ən qısa müddətdə başa çatacaq və buna görə cavabdeh olanların hamısı layiqli cəzalarını alacaqlar”.

Oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutulub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla 10 nəfər həlak olub, 15-i qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutub. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.

Dağıntılar altından ümumilikdə xəsarət almış 53 şəxs və 13 nəfərin cəsədi çıxarılıb.

Xəbər lenti
0