15:26 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
14 0 0

Ukrayna Prezidenti Valdimir Zelenskinin Ankaraya səfərə çərçivəsində iki ölkə arasında hərbi tərəfdaşlıq sahəsində sazişin imzalanması planlaşdırılır.

BAKI, 17 oktyabr — Sputnik. Bu gün Ukraynanın dövlət başçısı Vladimir Zelenskinin Türkiyəyə səfər edəcəyi gözlənilir. Səfər çərçivəsində müdafiə sektoru, sərbəst ticarət razılaşması və Dağlıq Qarabağ məsələlərinin müzakirə olunacağı nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində imzalanacaq hərbi əməkdaşlıq sazişi Türkiyə ilə Ukrayna arasındakı strateji tərəfdaşlığı daha da gücləndirəcək.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla Valdimir Zelenski arasında son görüş bu ilin fevral ayında Kiyevdə baş tutmuşdu. Həmin vaxt Ərdoğan Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Şurasının iclasında iştirak etmək üçün Ukraynaya səfər etmişdi.

Ölkələr arasında müdafiə sahəsindəki tərəfdaşlığın ən diqqət çəkən məqamı Türkiyə istehsalı olan PUA-lardır. Keçən il Ukrayna Türkiyədən 6 ədəd "Bayraqdar" PUA-sı və 3 ədəd yerüstü nəzarət stansiyası satın alıb.

Əsas mövzular