Türkiyə S-400 zenit-raket kompleksini sınaqdan keçirir

© Sputnik / Mediabanka keçidРоссийская зенитная ракетная система С-400
Российская зенитная ракетная система С-400 - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə oktyabrın 13-dən 17-ə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan edib.

BAKI, 16 oktyabr — Sputnik. Türk mediası Qara dəniz bölgəsindəki Sinop şəhərində raketin buraxıldığı anın videosunu yayıb. Videodakı görüntülərin S-400 zenit-raket kompleksinin sınaqdan keçirilməsi ilə əlaqədar olduğu bildirilir.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbərə görə, Türkiyə beynəlxalq NAVTEX bildirişində oktyabrın 13-dən 17-ə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan edib.

Raketin buraxıldığı anın videosunu Türkiyənin "M5" hərbi jurnalı yayıb. Videoya əlavə olunmuş məlumatda Sinopda S-400 zenit-raket sistemlərinin sınaqdan keçirildiyi qeyd olunur.

Bir qədər bundan əvvəl Sputnik Türkiyə Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin Qara dənizin Samsun vilayətinə yerləşdirdiyi barədə məlumat vermişdi. Agentlik S-400 komponentlərini daşıyan hərbi maşın karvanının görüntülərini də yaymışdı.

Türkiyə hakimiyyəti hələlik bu barədə rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın F-35 qırıcılarının Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.

Xəbər lenti
0