Məşhur amerikalı aparıcıdan ermənilərə sərt cavab: "Bizdən bunu etməyi gözləməyin!"

© Depositphotos.com / MaxxyustasМикрофон и наушники
Микрофон и наушники - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur amerikalı radio tok-şou aparıcısı Tom Laykis "Twitter" səhifəsində ermənilərə soyuq duş kimi təsir etmiş cavabı verib

BAKI, 15 oktyabr — Sputnik. "Ermənilər nə vaxt öyrənəcəklər ki, los-anceleslilər Ermənistana heç tüpürmürlər? Bu qədər narahatsınızsa, geri qayıdın və öz ölkəniz üçün vuruşun. Bizdən bunu etməyi gözləməyin! Biz bunu etməyəcəyik!"

Sputnik Azərbaycan xəbər verir ki, bunu məşhur amerikalı radio tok-şou aparıcısı Tom Laykis "Twitter" səhifəsində yazıb.

Bir müddət əvvəl Los-Ancelesdə yaşayan ermənilər Azərbaycanın öz torpaqlarını işğalçı Ermənistan ordusundan təmizləməsinə "etiraz" adı altında Burbank şəhərinin 134 saylı magistralını qanunsuz olaraq bağlayaraq nəqliyyata maneə törədiblər və bir çox los-anceleslinin qəzəbinə səbəb olublar.

Qeyd edək ki, Laykis "The Tom Leykis Shaw" radio şousuna 1994-2009-cu və 2012-2018-ci illərdə aparıcılıq etməsi ilə tanınır.

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr təxribatı

Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Xəbər lenti
0