Bu da bir uğur - İsrail Ali Məhkəməsi Azərbaycanla bağlı iddianı rədd edib

© AP Photo / Ariel SchalitСитуация в связи с эпидемиологической обстановкой в Израиле
Ситуация в связи с эпидемиологической обстановкой в Израиле - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə hakimi Yosef Elron qeyd edib ki, təqdim olunan iddia materialların heç birində dinləmənin keçirilməsi üçün kifayət qədər dəlil olmayıb.

BAKI, 13 oktyabr — Sputnik. İsrail Ali Məhkəməsi Azərbaycana silah satışına qadağanın qoyulması vəsatətini dəlil çatışmazlığı səbəbi ilə təmin etməyib. Bu barədə Sputnik Azərbaycan "The Jerusalem Post" nəşrinə istinadən xəbər verir.

Məhkəmə hakimi Yosef Elron qeyd edib ki, təqdim olunan iddia materialların heç birində dinləmənin keçirilməsi üçün kifayət qədər dəlil olmayıb.

Bundan əlavə, məhkəmə hakimi Elron, vəsatət qaldırmaq üçün vaxtından əvvəl və kifayət qədər araşdırma aparılmadığı üçün iddiaçının 1500 şekel (753 AZN) həcmində məhkəmə xərclərinin ödənilməsi barədə qərar qəbul edib.

Последствия обстрелов в азербайджанском городе Гянджа - Sputnik Azərbaycan
QARABAĞ
İtalyan senator: "Ermənistan silahlı qüvvələrini dərhal dayandırmaq mənəvi öhdəlikdir"

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Xəbər lenti
0