Çin ABŞ və Rusiya ilə danışıqlardan imtina etdi

© AP Photo / Ng Han GuanÇin bayrağı, arxiv şəkli
Çin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Çin rəsmisi xatırladıb ki, ölkəsi əvvəldən nüvə silahına tam qadağa qoyulması və onun məhv edilməsinə tərəf olub

BAKI, 13 oktyabr - Sputnik. Çin silalanmaya nəzarət məsələləri üzrə Rusiya və ABŞ-la üçtərəfli danışıqlardan birdəfəlik imtina edib. Səbəb isə ölkənin nüvə cəbbəxanasının Moskva və Vaşinqtondan az olmasıdır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu ÇXR-in BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan deyib.

“Çin heç vaxt hansısa dövlətlə nüvə yarışına girməyib və girməyəcək. Çinin nüvə cəbbəxanası ilə ABŞ-la Rusiyanın nüvə cəbbəxanası arasındakı böyük fərqi nəzərə alsaq, silahlanmaya nəzarət üzrə hansısa üçtərəfli danışqılarda iştirak edəcəyini Çindən gözləmək ədalətsizlikdir, bu, mənasız və qeyri-realdır”, - BMT-nin Baş Assambleyasının tərksilah və beynəlxalq təhlükəsizlik üzrə birinci komitəsinin iclasında Şuan deyib.

O həmçinin vurğulayıb ki, Pekin bu məsələdə şantaj tətbiq olunmasıyla razılaşmayacaq. Ancaq ölkənin üçtərəfli danışıqlardan imtina etməsi tərksilahda iştirak etməyəcəyi anlamına gəlməməlidir, diplomat dəqiqləşdirib. Bundan başqa, Çin rəsmisi xatırladıb ki, ölkəsi əvvəldən nüvə silahına tam qadağa qoyulması və onun məhv edilməsinə tərəf olub.

2021-ci ilin fevralında SHS-3 razılaşmasının vaxtı bitir. Əgər Vaşinqtonla Moskva onun uzadılması barədə razılığa gəlsələr, vəziyyət düzələ bilər. Ekspertlər isə qeyd edirlər ki, hələ ki irəliləyiş yoxdur: ABŞ Çini də müqaviləyə qoşmaq istəyir, bu səbəbdən də tərəflar ümumi razılığa gələ bilmirlər.

SHS-3 sazişi 2010-cu il aprelin 8-də Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanıb. Sənəd 2011-ci ilin fevralında qüvvəyə minib və 2021-ci ildə qüvvədən düşür.

Xəbər lenti
0