04:51 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
50 0 0

Bundan əvvəl Facebook-un yaradıcısı dəfələrlə bildirmişdi ki, sosial şəbəkələr senzura ilə məşğul olmamalıdır.

BAKI, 12 oktyabr - Sputnik. Facebook-un yaradıcısı Mark Zukerberq yeniliyi şərh edərək bildirib ki, bu, sosial şəbəkənin siyasətinin ciddi surətdə dəyişməsi deməkdir. Onun sözlərinə görə, Facebook çoxdan nifrəti, kütləvi ölümləri, o cümlədən də holokostu təqdir edən paylaşımları silir.

“Antisemitizm artdıqca biz siyasətimizi genişləndirir və eyni zamanda holokostu inkar edən, yaxud onun barədə informasiyanı təhrif edən kontentə qadağa qoyuruq”, - Zukerberq Facebook səhifəsində yazıb.

O həmçinin bildirib ki, “söz azadlığını dəstəkləmək zərurəti ilə holokostun dəhşətini azaltmaq və ya inkar etməyin vurduğu zərbə arasındakı ziddiyyətlər ona vicdan əzabı verirmiş”. Zukerberq etiraf edib ki, antisemitizmə dayanan zorakılığın artması barədə məlumatları gördükdən sonra bu məsələ barədə fikri dəyişib.  

Bundan əvvəl Facebook-un yaradıcısı dəfələrlə bildirmişdi ki, sosial şəbəkələr senzura ilə məşğul olmamalıdır.

Teqlər:
təhrif, qadağa, holokost, Mark Zukerberq, Facebook

Əsas mövzular