20:28 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
47 0 0

Ötən həftə Zelenski bəyan edib ki, Ukrayna rəhbərliyi Rusiya ilə dialoq olmadan Donbasdakı münaqişəni dayandıra bilməyəcək

BAKI, 12 oktyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Donbasdakı müharibəni bitirə bilməsə, öz postunu tərk etməyə hazır olduğunu bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukrayna Prezidenti "BBC"-yə müsahibəsində bildirib.

"Bu mənim üçün heç problem deyil. Mən reytinq və hakimiyyətdən yapışmıram. Əgər mən müharibəni bitirə bilməsəm, deməli, bu faciəvi tarixi yekunlaşdıra biləcək digər şəxsin gəlməyi vacibdir", - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, ötən həftə Zelenski bəyan edib ki, Ukrayna rəhbərliyi Rusiya ilə dialoq olmadan Donbasdakı münaqişəni dayandıra bilməyəcək.

 

Teqlər:
müsahibə, Prezident, Ukrayna, Vladimir Zelenski

Əsas mövzular