22:59 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
42 0 0

Mıktıbek Abdıldayev parlamentin bu gün keçirilən növbədənkənar iclasında istefa verib, Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi isə eks-prezident Almazbek Atayevin saxlandığını bəyan edib

BAKI, 10 oktyabr — Sputnik. Qırğız Respublikasının Joğorku Keneşi (Ali Məclisi) sədri, Bir Bol (Bir ol) Partiyasının lideri Mıktıbek Abdıldayev parlamentin bu gün keçirilən növbədənkənar iclasında istefa verib.

Sputnik Qırğızıstan-ın məlumatına görə, iclası sədr müavini Mirlan Bəkirov idarə edir. İclasda yeni hökumətin proqramı və tərkibinə dair müzakirələr aparılır.

Qeyd edək ki, M.Abdıldayev parlamentin dörd gün əvvəlki növbədənkənar iclasında spiker seçilmişdi.

Bu arada Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi eks-prezident Almazbek Atayevin saxlandığını bəyan edib.

Siyasətçi Bişkekdə kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılır və bununla bağlı açılan cinayət işi əsasında saxlanılıb. Onunla birlikdə yaxın tərəfdarları - sabiq mühafizələri Dəmir Musakeyev və Kanat Saqınbayev da saxlanılıb. MTDK iğtişaşlarda iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində iş aparıldığını qeyd edib.

Oktyabrın 6-da Bişkekdə baş verən hadisələr zamanı Almazbek Atambayev mitinqçilər tərəfindən MTDK-nın təcridxanasından azad edilmişdi. O, kriminal avtoritet Əziz Batukayevin qanunsuz şəkildə həbsdən azad edilməsində və Koy-taş kəndində baş verən hadisələrdə günahlandırılır.

Əlaqədar

Bişkekdə Atambayev tərəfdarlarının mitinqi başlayıb
Atambayev barədə xüsusi qərar qəbul olundu
Almazbek Atambayev saxlanıldı - Mənbə
Onun günahı nədir? Məhkəmə Atambayev haqqında danışdı
Qırğızıstanda hökumət binası ələ keçirildi, Atambayev azadlığa buraxıldı

Əsas mövzular