Tehran metrosunda yanğın baş verib

© AFP 2023 / STRINGERТегеранское метро, фото из архива
Тегеранское метро, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında Tehran metrosunun Ekbatan stansiyasında yanğın baş verib, hadisənin səbəbi hələlik məlum deyil.

BAKI, 10 oktyabr — Sputnik. İranın Tehran şəhərində metroda yanğın hadisəsi baş verib. Sputnik Azərbaycan "Reuters"ə istinadla xəbər verir ki, hadisə nəticəsində ölən olmayıb.

Dövlət Təcili Yardım Xidmətinin sözçüsü Mojtaba Xaledi bildirib ki, heç bir vaqona ziyan dəyməyib.

Ekbatan stansiyasında baş verən yanğın bu gün İran vaxtı ilə 07:45-də qeydə alınıb. Hadisənin hələlik hansı səbəbdən baş verdiyi bəlli deyil.

Xəbər lenti
0