Tramp Baydenlə teledebatdan imtina etdi

© AFP 2023 / THE WHITE HOUSE / TIA DUFOURПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Qərbi Missuri Universitetinin siyasi elmlər üzrə dosenti Melinda Kovaçın sözlərinə görə, bu addımın arxasında prezidentin sağlamlıq durumunu gizlətmək istəyi dayana bilər.

BAKI, 9 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Demokrat partiyasından prezidentliyə namizəd Cozef Baydenlə oktyabrın 15-də keçirilməsi nəzərdə tutulan virtual formatda teledebatda iştirakdan imtina edib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, onun seçki qərargahı növbəti teledebatları gələn həftəyə kimi təxirə salmağı təklif edib. Demokratlar isə qrafiki dəyişməyə razılıq verməyərək bəyan ediblər ki, oktyabrın 22-də keçiriləcək teledebat sonuncu olacaq.

Prezidentin bu addımını şərh edən ABŞ-ın Qərbi Missuri Universitetinin siyasi elmlər üzrə dosenti Melinda Kovaç Trampın teledebata qatılmamasını strateji hərəkət kimi qiymətləndirərək bildirib ki, bunun arxasında Prezidentin sağlamlıq durumunu gizlətmək istəyi dayana bilər: "Əgər Tramp həqiqətən də koronavirusa yoluxubsa, teledebatın təxirə salınmasından qazanan yenə onun seçki qərargahı olacaq. Bu yolla Trampın səhhətinin ağır olduğunu gizlədə biləcəklər".

Ekspert Trampın seçkiqabağı teledebatdan imtina etməklə Baydenin siyasi mövqeyini möhkəmləndirməsinin qarşısını almağa çalışdığını da istisna etməyib. Çünki seçkiqabağı təşviqatın birinci mərhələsindən sonra keçirilmiş sorğular Baydenin Trampdan irəlidə olduğunu göstərib.

Xəbər lenti
0