08:30 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
41 0 0

Arqişti Karamyanın adı Ermənistan MTX-nın Rusiyada təhsil almış kadrlardan təmizlənməsi prosesində hallanırdı.

BAKI, 8 oktyabr — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Arqişti Karamyan Baş nazir Nikol Paşinyanın sərəncamı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Sputnik Ermənistan-ın verdiyi xəbərə görə, onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Mikael Hambardzumyana tapşırılıb.

Qeyd edək ki, A.Karamyan MTX-nin rəhbəri vəzifəsində cəmi dörd ay işləyib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Rusiyada təhsil almış kadrlardan təmizlənməsi prosesi onun adı ilə əlaqələndirilirdi.

Əsas mövzular