01:18 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
8720

Türkiyə Prezidenti: Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən önəmli vasitələrindən biridir

BAKI, 6 oktyabr — Sputnik. "Bu gün bir çox Qərb ölkəsində irqçilik və islamofobiya birbaşa dövlət tərəfindən himayə edilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Məscidlər və din xadimləri həftəsi" tədbirində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən önəmli vasitələrindən biridir", - deyə Prezident bildirib.

Ölkə başçısı həmçinin Fransa prezidenti Emmanuel Makronun İslam barədə son açıqlamasını da şərh edib:

"Makronun müsəlmanların sıx yaşadığı bir şəhərdə "İslam böhrandadır" deməsi yalnız hörmətsizlik deyil, eyni zamanda təxribatdır. Belə sözləri işlətmək ədəbsizlikdir".

Qeyd edək ki, Fransa Prezidenti ötən həftə "İslam radikalizmilə mübarizə" adı altında xalqa müraciətində İslam dinini hədəfə alan sözlər danışıb. O, bu gün İslamın dünyanın hər yerində böhran yaşayan bir din olduğunu qeyd edib. Makronun bu ehtiyatsız ifadələri müsəlmanlar arasında etiraz doğurub. Çünki o, bir müddət əvvəl də Fransada müsəlmanların hüquqlarının məhdudlaşdırılması ilə bağlı çağırış etmişdi.

Əsas mövzular