Qırğızıstan MSK seçkilərin nəticələrini tanımadı

© AFP 2023 / VYACHESLAV OSELEDKOПарламентские выборы в Киргизии
Парламентские выборы в Киргизии - Sputnik Azərbaycan
Abunə olmaq
Qərğızıstan Mərkəzi Seçki Komissiyası 12 səslə seçkilərin nəticələrinin tanınmaması barədə qərar qəbul edib

BAKI, 6 oktyabr — Sputnik. Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə bazar günü keçirilən seçkilərin nəticələrini tanımayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Qırğızıstan Mərkəzi seçki Komissiyasının üzvü Gülnarə Curabayeva bildirib.

"MSK 12 səslə seçkilərin nəticələrinin tanınmaması barədə qərar qəbul edib", - deyə Gülnarə Curabayeva öz "Facebook" səhifəsində qeyd edib.

Экс-президент Кыргызстана Алмазбек Атамбаев, фото из архива - Sputnik Azərbaycan
Qırğızıstanda hökumət binası ələ keçirildi, Atambayev azadlığa buraxıldı

Qeyd edək ki, bazar günü Qırğızıstanda respublika parlamentinə seçkilər keçirilib. Seçicilər 12 saat ərzində – saat 08:00-dan (Bakı vaxtı ilə 06:00) 20:00-dək (18:00) səs veriblər. Parlamentdə yerlərə 16 partiya iddia edib. Seçicilərin yekun fəallığı 56,2 faizi ötüb.

Məntəqələrin 97 faizində bülletenlərin emalından sonra səsvermənin ilkin nəticələrinə görə, parlamentə dörd partiya daxil olur. Belə ki, "Birimdika" ("Birlik") 24,44 faiz, "Mekenim Kırqızıstan" ("Yurdum Qırğızıstan") 23,95 faiz, "Qırğızıstan" partiyası 8,78 faiz və "Butun Kırqızıstan" ("Bütün Qırğızıstan") 7,09 faiz səs toplayıb.

Mərkəzi Seçki Komissiyası seçkinin rəsmi nəticələrini səsvermə günündən ən geci 20 gün ərzində açıqlamalıdır.

Seçkilərdə məğlub olan partiyanın nümayəndələri küçələrə çıxıblar. Onlardan birinə - "Qırğızıstanın sosial-demokratları" Partiyasına sabiq Prezident Almazbek Atambayevin oğlu, Sayitbek Atambayev rəhbərlik edir. Etirazçılar seçkilərin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb ediblər. Bazar ertəsi axşam Bişkekdə qarşıdurma baş verib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, nəticədə 590 nəfər yaralanıb, bir nəfər ölüb.

Xəbər lenti
0