08:28 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
7101

Çərşənbə axşamına keçən gecə etirazçılar ölkə Prezidentinin iqamətgahına daxil olub. Daha sonra onlar ölkənin sabiq Prezidenti Almazbek Atambayevi Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından azad ediblər.

BAKI, 6 oktyabr — Sputnik. Qırğızıstanda etirazçılar hökumət binasını ələ keçirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə bu ölkənin Nazirlər Kabinetinin nümayəndəsi bildirib.

"Biz iş yerinə daxil ola bilmirik. Binada naməlum şəxslər var, onlar bizi binaya buraxmırlar", - deyə adı çəkilməyən şəxs agentliyə bildirib.

O, həmin şəxsin etirazçı ola biləcəyini bildirib.

Mənbə əlavə edib iki, binada hər hansı qarət və dağıntılar yoxdur.

Qeyd edək ki, bazar günü Qırğızıstanda respublika parlamentinə seçkilər keçirilib. Seçicilər 12 saat ərzində – saat 08:00-dan (Bakı vaxtı ilə 06:00) 20:00-dək (18:00) səs veriblər. parlamentdə yerlərə 16 partiya iddia edib. Seçicilərin yekun fəallığı 56,2 faizi ötüb.

Məntəqələrin 97 faizində bülletenlərin emalından sonra səsvermənin ilkin nəticələrinə görə, parlamentə dörd partiya daxil olur. Belə ki, "Birimdika" ("Birlik") 24,44 faiz, "Mekenim Kırqızıstan" ("Yurdum Qırğızıstan") 23,95 faiz, "Qırğızıstan" partiyası 8,78 faiz və "Butun Kırqızıstan" ("Bütün Qırğızıstan") 7,09 faiz səs toplayıb.

Mərkəzi Seçki Komissiyası seçkinin rəsmi nəticələrini səsvermə günündən ən geci 20 gün ərzində açıqlamalıdır.

Seçkilərdə məğlub olan partiyanın nümayəndələri küçələrə çıxıblar. Onlardan birinə - "Qırğızıstanın sosial-demokratları" Partiyasına sabiq Prezident Almazbek Atambayevin oğlu, Sayitbek Atambnayev rəhbərlik edir. Etirazçılar seçkilərin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edib. Bazar ertəsi axşam Bişkekdə qarşıdurma baş verib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, nəticədə 590 nəfər yaralanıb, bir nəfər ölüb.

Çərşənbə axşamına keçən gecə etirazçılar ölkə Prezidentinin iqamətgahına daxil olub. Daha sonra onlar ölkənin sabiq Prezidenti Almazbek Atambayevi Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından azad ediblər.

Əlaqədar

Bişkekdə Atambayev tərəfdarlarının mitinqi başlayıb
Atambayev barədə xüsusi qərar qəbul olundu
Onun günahı nədir? Məhkəmə Atambayev haqqında danışdı
Almazbek Atambayev saxlanıldı - Mənbə
Teqlər:
Qırğızıstan prezidenti, Qırğızıstan, Almazbek Atambayev

Əsas mövzular