06:58 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (659)
37530

Ermənistanın baş naziri həmçinin hərbi forması olanlardan xahiş edib ki, onları mərkəzi hərbi komissarlığa təqdim etsinlər.

BAKI, 5 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində təşkil etdiyi canlı efirdə son bir il ərzində ordudan tərxis olunmuş hərbçilərin ümumi çağırışını elan edib.

Bu barədə Sputnik Ermənistan məlumat verir.

"Bu, sadəcə müharibə deyil... bu, həyatımız üçün həlledici döyüşdür", – baş nazir iddia edib.

Ermənistan qanunlarına görə, son bir ildə xidməti bitirənlər ümumi səfərbərliyə cəlb oluna bilməzlər. Buna görə də Paşinyan onlara hərbi komissarlıqlara gəlməyi xahiş edib. Baş nazir iddia edib ki, məhz bu əsgərlər ən yaxşı hərbi hazırlığa malikdirlər və onlara indi cəbhədə ehtiyac var.

"Mən son ildə ordudan tərxis olunmuş çağırışçıların orduya qayıtmasını xahiş edirəm. Hərbi forması olanlar da, xahiş edirəm ki, onları mərkəzi hərbi komissarlığa təqdim etsinlər", – Paşinyan canlı efirdə bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

 

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (659)

Əlaqədar

Peskov Azərbaycan və Türkiyə ilə dialoq haqqında danışıb
Sonuncu şərt: İlham Əliyev Paşinyandan son tarix barədə qrafik istədi
Paşinyan "Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu
"Nikol Paşinyan öz xalqını fəlakətə sürükləyir" - XİN
"Onlar "Qarabağ Ermənistan deyil" kimi bəyanatla çıxış etməlidir, sonrasına biz baxarıq"
Teqlər:
Facebook, səfərbərlik, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular