16:32 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (791)
5710

Fransanın "Grand Continent" xəbər portalında "Dağlıq Qarabağ müharibəsi" ("Nagorno-Karabakh: la guerre des récits") başlıqlı məqalə dərc olunub

BAKI, 3 oktyabr — Sputnik. Fransanın "Grand Continent" xəbər portalında "Dağlıq Qarabağ müharibəsi" ("Nagorno-Karabakh: la guerre des récits") başlıqlı məqalə dərc olunub. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan və Ermənistan arasında gedən müharibədən bəhs edən məqalədə görkəmli Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı Alban Klodun (Alban Claude) fikirlərinə də yer verilib. O xatırladıb ki, Ermənistanın işğalçı siyasəti nəticəsində milyona yaxın azərbaycanlı öz doğma yurdundan didərgin salınıb.

"Bu, dünyadakı məcburi köçkünlərin ən böyük kontingentlərindən biridir. Təəssüf ki, ATƏT-in Minsk qrupu ölkələrinin bu məsələyə marağının az olması və danışıqları uzatması nəticəsində indiyə qədər nəzərəçarpan bir irəliləyiş əldə olunmayıb.

Əgər Fransanın Qafqazda dünya dövləti kimi hərəkət etməyə istəyi, marağı, imkanı yoxdursa, öz yerini möhkəm sülhün yaranmasında iştirak etmək niyyətində olan əsl neytral ölkəyə təhvil verməlidir", - deyə A.Klod vurğulayıb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (791)

Əlaqədar

Hacı Zeynalabdin Tağıyevin nəvəsindən Azərbaycana dəstək
Azərbaycan BMT-nin yardımından imtina etdi
İstanbul Azərbaycan naminə ayağa qalxacaq
Türkiyədən daha bir dəstək - Amasyadakı dağ Azərbaycan bayrağına "bürünüb"
Dövlət qurumlarından Ordumuza dəstək

Əsas mövzular