03:18 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
46 0 0

Koronavirusa yoluxması ilə əlaqədar olaraq, həkimlər Donalt Trampa müalicəni hospitalda davam etdirməyi məsləhət görüblər.

BAKI, 3 oktyabr - Sputnik. ABŞ Prezidenti Donald Tramp hərbi hospitala yerləşdirilib. Koronavirusa yoluxması ilə əlaqədar olaraq, həkimlər ona müalicəni hospitalda davam etdirməyi məsləhət görüblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ağ Evin mətbuat katibi Kaylet Makinani deyib ki, Tramp ABŞ-ın Merilend ştatında yerləşən “Walter Reed” hərbi hospitalında müalicə olunacaq.

 Qeyd edək ki, Tramp cümə günü həyat yoldaşının və özünün koronavirus testinin müsbət olduğunu söyləyib.

Ağ Evin mətbuat katibi Kaylet Makinani prezidentdə virusun yüngül simptomlarının müşahidə edildiyini deyib. Onun sözlərinə görə, Tramp hazırda yaxşı əhval-ruhiyyədədir, hətta işlərini davam etdirir.

“Prezidentin iştirakı ilə keçirilən bütün seçkiqabağı tədbirlərin təxirə salınmasına və ya onlayn formadta keçirilməsinə qərar verilib”, - deyə Makinani bildirib. 

Əlaqədar

Donald Tramp və xanımı koronavirusa yoluxublar

Əsas mövzular