16:37 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
113 0 0

Kastamonuda Qarabağın düşmən tapdağından azad olunması üçün zəfər döyüşü keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə aksiya təşkil olunub.

BAKI, 3 oktyabr - Sputnik. Türkiyənin qədim yaşayış məskənlərindən olan Kastamonu şəhəri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.

Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, aksiya Qarabağın düşmən tapdağından azad olunması üçün zəfər döyüşü keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə təşkil olunub. Yerli əhali iki qardaş ölkənin dövlət bayraqlarının qoşa dalğalanmasına dəstək olaraq aksiyaya qoşulub.

Qeyd edək ki, 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olan Kastamonuda hər zaman Azərbaycana dəstək şüarları səslənib. Şəhər rəhbərliyi davamlı olaraq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olması barədə bəyanatlar səsləndirib.

Ötən gün Türkiyənini İzmir şəhəri də Azərbaycan bayraqları ilə bəzədilib. 

Əlaqədar

İstanbul Azərbaycan naminə ayağa qalxacaq
İzmirdə rəsmi binalar Azərbaycan bayrağına sarıldı: Türkiyə daim Azərbaycanın yanındadır

Əsas mövzular