QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Aİ Qarabağdakı döyüşlərə görə yarım milyon avro humanitar yardım ayırdı

© AP Photo / Virginia MayoФлаги Европейского Союза развеваются на ветру, фото из архива
Флаги Европейского Союза развеваются на ветру,  фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı şiddətdən zərər çəkən bütün insanlarla həmrəydir və insanlar əziyyət çəkməyə davam edərsə, əlavə humanitar yardım göstərməyə hazırdır.

BAKI, 2 oktyabr — Sputnik. Dağlıq Qarabağ münaqişə zonasında döyüşlər başladıqdan sonra, Avropa İttifaqı təmas xəttinin hər iki tərəfində münaqişədən əziyyət çəkən dinc əhaliyə təcili humanitar yardım ayıracağını elan edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa İttifaqının Böhran İdarəçiliyi məsələləri üzrə Komissarı Yanez Lenarçiç deyib.

"Dağlıq Qarabağ münaqişə zonasında artıq vətəndaş həyatı qurban verilib. Beynəlxalq humanitar hüquqlara hörmət göstərilməli, dinc əhali və infrastruktur qorunmalıdır. Avropa İttifaqı şiddətdən zərər çəkən bütün insanlarla həmrəydir və insanlar əziyyət çəkməyə davam edərsə, əlavə humanitar yardım göstərməyə hazırdır", - deyə Lenarçiç qeyd edib.

Məlumatda vurğulanır ki, ilkin olaraq 500.000 Avro məbləğində vəsait, Avropa İttifaqının Beynəlxalq Qızıl Xaç Komitəsi kimi humanitar sahədəki tərəfdaşlarına döyüşlərdən zərər çəkən əhaliyə dərhal yardım göstərməsinə kömək edəcəkdir: "Aİ-nin ayırdığı bütün humanitar maliyyə yardımı insanlıq, bitərəflik, qərəzsizlik və müstəqillik kimi humanitar prinsiplərə uyğun olaraq göstərilir və beynəlxalq təşkilatlar, BMT agentlikləri və QHT-lər vasitəsilə çatdırılır".

Xəbər lenti
0