23:36 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
9310

Pakistan Dağlıq Qarabağ bölgəsində vəziyyətin pisləşməsindən dərin narahatlıq duyduğunu deyib və Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini intensiv atəşə tutmasını qəti şəkildə pisləyib.

BAKI, 2 oktyabr — Sputnik. Pakistanın Xarici İşlər Nazirliyi (XİN) pakistanlı hərbçilərin Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə Ermənistana qarşı döyüşdüyünün iddia edildiyi xəbərə münasibətini bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, Pakistan XİN-i həmin məlumatı spekulyativ və əsassız adlandıraraq təkzib edib və bu cür xəbərləri yaymağı məsuliyyətsizlik adlandırıb. 

Bundan başqa, Pakistan Dağlıq Qarabağ bölgəsində vəziyyətin pisləşməsindən dərin narahatlıq duyduğunu deyib və Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini intensiv atəşə tutmasını qəti şəkildə pisləyib.

"Bu, bütün regionda təhlükəsizliyi və sülhü poza bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır. Pakistan BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul olunmuş qətnamələrə uyğun olaraq Azərbaycanın mövqeyini dəstəkləyir", – XİN qeyd edib.

Teqlər:
Ermənistan ordusu, Ermənistan, Pakistan

Əsas mövzular