07:13 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
26 0 0

Məlumatda bildirilir ki, Amerika hökuməti Snoudenin kitabının istənilən gələcək gəlirlərindən pay alacaq, çünki o kitab federal iddia predmeti olub.

BAKI, 2 oktyabr - Sputnik. Virciniya ştatının dairə məhkəməsinin qətnaməsinə görə, ABŞ hökumətinin xüsusi xidmətlərin keçmiş əməkdaşı Edvard Snoudenin yazdığı “Şəxsi iş” kitabına görə qonorardan 5,2 milyon dollar almağa haqqı çatır.  

Sputnik Azərbaycan bildirir ki,  bu barədə Reuters ABŞ Ədliyyə Nazirliyinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, Amerika hökuməti Snoudenin kitabının istənilən gələcək gəlirlərindən pay alacaq, çünki o kitab federal iddia predmeti olub.  

Bundan öncə CNN telekanalı Snoudenin vəkilinə istinadən məlumat vermişdi ki, Amerika xüsusi xidmətlərinin keçmiş əməkdaşı “Şəxsi iş” kitabına və kütlə qarşısında çıxışlarına görə aldığı 5 milyon dollardan imtina etməyə hazır olduğunu bildirib. Oradakı məlumatın açıqlanması Snoudenin ABŞ-ın xüsusi xidmət orqanlarıyla müqaviləsinin şərtlərini pozur.

Snouden 2013-cü ilin iyununda ABŞ və Böyük Britaniyanın xüsusi xidmətlərinin internetdə izləmə proqramlarına dair məxfi materialları Washington Post və Guardian qəzetlərinə ötürmüşdü. Sonra o, Honkonqa, daha sonra Moskvaya uçmuşdu.

Əlaqədar

Trampın kimi əfv edəcəyi məlum oldu: bunu heç kim gözləmirdi
ABŞ kəşfiyyatının dünyanı dinlədiyi gizli məkan
Tramp Ərdoğanın arzusunu yerinə yetirə bilər
Məşhur agent gizli şifrələrindən danışdı
Teqlər:
dollar, 5 milyon, məhkəmə, Virciniya ştatı, ABŞ, Edvard Snouden

Əsas mövzular