19:54 15 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
7720

Türkiyənin Müdafiə Nazirliyi: "Uşaq, qadın, yaşlı demədən Xocalıda soyqırım törədən, Azərbaycan torpaqlarını işğal edən Ermənistan bu gün bütün dünyanın gözü qarşısında məsum mülki vətəndaşları hədəf alır".

BAKI, 30 sentyabr — Sputnik. Türkiyənin Milli Müdafiə Nazirliyi Ermənistanla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazirlik açıqlamasında "Ermənistan 30 il əvvəl necə idisə, bu gün də eyni şəkildə sülh və əminamanlığın düşməni olaraq hərəkət edir" deyilir.

"Uşaq, qadın, yaşlı demədən Xocalıda soyqırım törədən, Azərbaycan torpaqlarını işğal edən Ermənistan bu gün bütün dünyanın gözü qarşısında məsum mülki vətəndaşları hədəf alır", - deyə Nazirlik yazılı açıqlamasında bildirir.

Əsas mövzular