02:57 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
25 0 0

Rəsmi Seul kəşfiyyat məlumatlarına istinad edərək vətəndaşının Şimali Koreyanın ərazi sularında öldürüldüyünü və daha sonra yandırıldığını bəyan edib.

BAKI, 25 sentyabr — Sputnik. Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Cənubi Koreya vətəndaşının öldürülməsinə görə rəsmi Seuldan üzr istəyib. Sputnik Azərbaycan xəbər verir ki, "Yonhap" agentliyi xəbər yayıb.

Məlumatda qeyd olunur ki, rəsmi Pxenyan, həmçinin bu hadisəyə görə təəssüf hiss keçirdiyini də qeyd edib.

Şimali Koreya, həmçinin faktla bağlı araşdırmanın aparıldığını və bu araşdırmanın nəticələrinin Cənubi Koreya ilə paylaşılacağını bildirib.

Qeyd edək ki, bu həftənin əvvəlində Cənubi Koreyanın Balıqçılıq Departamentinin rəsmisi KXDR hərbçiləri tərəfindən atəş açılaraq öldürülüb.

Rəsmi Seul kəşfiyyat məlumatlarına istinad edərək vətəndaşının Şimali Koreyanın ərazi sularında öldürüldüyünü və daha sonra yandırıldığını bəyan edib.

Əlaqədar

Tramp və Kim Çen Inın danışıqlarının üstü açıldı
Kim Çen In səlahiyyətlərini kiçik bacısına həvalə edib – stresi atmaq üçün

Əsas mövzular