Məhəmməd peyğəmbəri təhqir edən jurnalın binası qarşısında insanlara hücum

© AFP 2023 / ALAIN JOCARDСолдаты французской армии возле бывшего офиса сатирического журнала Charlie Hebdo
Солдаты французской армии возле бывшего офиса сатирического журнала Charlie Hebdo  - Sputnik Azərbaycan
Abunə olmaq
"Əl-Qaidə" terror təşkilatı Fransanın satirik "Charlie Hebdo" jurnalını yeni hücumla hədələyir. Şirkətin məlumatına görə, terrorçuların təhdidləri İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən buraxılması ilə bağlıdır.

BAKI, 25 sentyabr — Sputnik. Parisdə "Charlie Hebdo" satirik jurnalının köhnə redaksiyasının binasının qarşısında insanlara hücum edilib. Sputnik Azərbaycan "BFMTV" telekanalına istinadən xəbər verir ki, üzərində soyuq silah olan şəxs bir neçə nəfəri yaralayıb.

Qeyd olunur ki, hadisə nəticəsində dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. KİV-in məlumatına görə, xəsarət alanlardan ikisi Premières Lignes informasiya agentliyinin (onun redaksiyası Charlie Hebdo-nun əvvəlki binasının kirayəçisidir) əməkdaşlarıdır. 

Hadisə yerindən yayınan şübhəlilərdən biri Bastiliya meydanı, digəri isə "Rişar Lenuar" metro stansiyasının yanında saxlanılıb. Ancaq polis yalnız bir şübhəlinin saxlanıldığı barədə məlumat yayıb. Bildirilir ki, o artıq ifadə verib. Şübhəlinin 18 yaşı var və Pakistan əsillidir. 

Prokurorluq araşdırmalara başlayıb.

Qeyd edək ki, "Əl-Qaidə" terror təşkilatı Fransanın satirik "Charlie Hebdo" jurnalını yeni hücumla hədələyir.

Şirkətin məlumatına görə, terrorçuların təhdidləri İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən dərc olunması ilə bağlıdır. Karikaturaların 2015-ci ildə baş vermiş terror aktında həlak olanların xatirəsinə həsr olunacağı deyilir.

Bundan əvvəl Tehran Fransanın "Charlie Hebdo" qəzetində İslam peyğəmbərinin karikaturalarının təkrar buraxılmasını pisləyib.

2015-ci il yanvarın 7-də Səid və Şərif Kuaşi qardaşları Parisdə "Charlie Hebdo" redaksiyasına hücum ediblər. Onlar 12 nəfəri, o cümlədən 8 jurnalisti və rəssamı öldürüblər.

Terror aktından sonra bir milyondan artıq fransalı "Je suis Charlie" ("Mən Şarliyəm") yazılmış lövhəciklərlə terrora və mətbuatda senzuraya qarşı yürüş ediblər.

Xəbər lenti
0