SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampa elə sərt cavab verdilər ki: "Türkiyədə deyilsiniz"

© AP Photo / Evan VucciПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp çərşənbə günü keçirdiyi mətbuat konfransında seçkilərdə məğlub olarsa, vəzifəsini dinc yolla rəqibinə verib-verməyəcəyi ilə bağlı suala "vəziyyətə görə baxarıq" cavabını verib.

BAKI, 25 sentyabr — Sputnik. Bura Amerikadır, bura demokratik ölkədir. Sputnik Türkiyə xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan sədri Nensi Pelosi Prezident Donald Trampın seçkilərdə məğlub olarsa, vəzifəsindən dinc yolla gedib-getməyəcəyinə dair sualı cavablandırmaqdan yayınması məsələsinə münasibət bildirərkən qeyd edib.

Vaşinqtonda üçüncü ən nüfuzlu şəxs hesab olunan Pelosi Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen Inı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı nümunə göstərərək, qeyd edib ki, "Trampın hökumətdəki rolunu uzun müddət artıranlara simpatiya bəsləyir".

"Amma sizə bunu xatırlatmaq istəyirəm. Cənab Prezident Şimali Koreyada deyilsiniz, Türkiyədə deyilsiniz, Rusiyada deyilsiniz, Səudiyyə Ərəbistanında deyilsiniz. Bura Amerikadır, bura demokratik ölkədir", - deyə Pelosi qeyd edib.

O, eyni zamanda Trampı öz prezidentlik səlahiyyətlərini yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, Tramp çərşənbə günü keçirdiyi mətbuat konfransında seçkilərdə məğlub olarsa, vəzifəsini dinc yolla rəqibinə verib-verməyəcəyi ilə bağlı suala "vəziyyətə görə baxarıq" cavabını verib.

O, daha əvvəl seçkinin nəticələrini qəbul edib-etməyəcəyi ilə bağlı sualı da cavabsız qoymuşdu.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-ü baş tutacaq. Seçkidə əsas mübarizə ABŞ-ın hazırkı prezidenti Donald Tramp və Demokratlar partiyasının namizədi Co Bayden arasında gedəcək.

Xəbər lenti
0