01:08 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
168420

Türkiyə lideri vurğulayıb ki, ölkəsi heç kimin haqqına iddia etmir, lakin eyni zamanda öz hüquqlarını da pozmağa imkan verməyəcək.

BAKI, 23 sentyabr — Sputnik. Aralıq dənizinin şərqində gərginliyin səbəbi Türkiyənin və Kipr türklərinin hüquqlarının nəzərə alınmasıdır. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Məlumata əsasən tərəflər Türkiyənin Fransa və Avropa İttifaqı ilə münasibətlərini, həmçinin regional məsələləri müzakirə edəcək.

Ərdoğan qeyd edib ki, Fransanın gərginliyin artmasına töhfə verən Yunanıstanın və Kiprin maksimalist iddiaları və addımlarına dəstək verməsi təəccüb doğurur.

Türkiyə lideri vurğulayıb ki, ölkəsi heç kimin haqqına iddia etmir, lakin eyni zamanda öz hüquqlarını da pozmağa imkan verməyəcək. Rəsmi Ankara əvvəllər olduğu kimi indi də fikir ayrılıqlarının dialoq və əməkdaşlıq vasitəsilə həllindən çıxış edir.

Türkiyə Prezidenti eyni zamanda qeyd edib ki, Ankara Fransadan prosesə konstruktiv yanaşma gözləyir. Eyni zamanda o, Türkiyə ilə Fransa arasındakı məsləhətləşmələr və təmaslar mexanizmindən davamlı istifadənin vacibliyini qeyd edib.

Türkiyə lideri qarşıdan gələn Avropa sammitində Ankara ilə konstruktiv dialoq və əməkdaşlığa yönəlmiş bir mövqenin inkişafının regional problemlərin həlli üçün imkanlar yaratmaq baxımından əhəmiyyətli olduğunu vurğuladı.

Bu arada BMT Baş Assambleyasının 75-ci sessiyasında videomüraciətlə çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makron isə qeyd edib ki, Avropa Şərqi Aralıq dənizi ilə bağlı Türkiyə ilə dialoqa hazırdır: "Biz Türkiyəyə hörmət edirik. Biz dialoqa hazırıq. Lakin biz gözləyirik ki, Türkiyə Avropanın suverenliyi və beynəlxalq hüquqa hörmət edəcək və Liviya və Suriyada fəaliyyətinə dair izah təqdim edəcək. Bizim beynəlxalq hüquqa və müttəfiqlər arasında hörmətə ehtiyacımız var".

Əlaqədar

Ərdoğan Yunanıstan qəzetini məhkəməyə verdi
Ərdoğan: "Ankara regionda səhnəarxası oyunlardan yorulub"

Əsas mövzular