16:09 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
15 0 0

Sentyabrın 17-də Avropa Parlamenti Belarusda keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edib.

BAKI, 21 sentyabr — Sputnik. Belarusda vəziyyət pisləşməkdə davam edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell bildirib.

"Belarusda vəziyyət pisləşməkdədir, dinc etirazlara qarşı repressiyalar davam edir. Bu gün biz Belarus xalqını necə dəstəkləyəcəyimizi, həmçinin Lukaşenkonu legitim prezident kimi tanımadığımız vaxtda Belarus hökuməti ilə əlaqələrə yenidən baxmağı müzakirə edəcəyik", - deyə Borell qeyd edib.

Qeyd edək ki, sentyabrın 17-də Avropa Parlamenti Belarusda avqustun 9-da keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edib. Bundan əlavə, Avropa Parlamenti Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti saymır.

Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

 

Əlaqədar

Avropadan zərbə: Lukaşenkonun prezidentliyi tanınmadı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Tixanovskaya Putinə deyəcəklərini açıqladı
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir
Teqlər:
Aleksandr Lukaşenko, vəziyyət, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı, Avropa ittifaqı, Belarus

Əsas mövzular