Dil çaşar, sözün düzünü deyər? Bayden 200 milyon amerikalının öləcəyini bildirib

© AFP 2023 / ROBERTO SCHMIDTДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ola bilsin, Bayden ABŞ-da bu günə qədər koronavirusdan ölmüş təxminən 200 min xəstəni nəzərdə tutub. Bu, Amerika prezidentliyinə ən yaşlı namizədlərdən birinin çoxsaylı çıxışlarında etdiyi ilk səhv deyil.

BAKI, 21 sentyabr — Sputnik. Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden bazar günü yenidən səhv edib və nitqinin "sonuna kimi" ölkədə 200 milyon insanın dünyasını dəyişə biləcəyini deməklə seçicilərini qorxudub.

Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Bayden seçicilər qarşısında növbəti çıxışı zamanı bildirib: "Qiymətləndirmələrə görə (koronavirusdan – red.), 200 milyon insan öləcək – yəqin ki, mən bu nitqi bitirənə qədər".

Ola bilsin, Bayden ABŞ-da bu günə qədər koronavirusdan ölmüş təxminən 200 min xəstəni nəzərdə tutub.

Bu, Amerika prezidentliyinə ən yaşlı namizədlərdən birinin çoxsaylı çıxışlarında etdiyi ilk səhv deyil.

Ölkənin keçmiş vitse-prezidenti bundan əvvəl də koronavirusdan ölənlərin sayı ilə bağlı səhv edib, nədənsə telesuflyordan "sitatın sonu" sözlərini ucadan oxuyub, arvadını və bacısını səhv salıb, ABŞ Konstitusiyasından sətirləri unudub, seçkiqabağı çıxışlarının cədvəli olan vərəqəni bir neçə dəfə cibindən çıxararaq seçicilərə göstərib.

Xəbər lenti
0