00:30 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
11 0 0

Argentina hökuməti hakerlərin miqrasiya orqanlarının məlumat bazasını geri qaytarmaq üçün 4 milyon ABŞ dolları tələbini rədd edib. Nəticədə cinayətkar dəstə on minlərlə şəxsə aid pasport məlumatlarını internetdə yayıb.

BAKI, 21 sentyabr — Sputnik. Hakerlər 11 min İsveçrə vətəndaşının pasport məlumatlarını oğurlayaraq internetdə yayıblar.

Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, hadisə Cənubi Amerikada baş verib. Argentina hökuməti miqrasiya orqanlarının məlumat bazasını ələ keçirmiş bir qrup hakerin bu məlumatları geri qaytarmaq üçün 4 milyon ABŞ dolları tələbini rədd etdiyinə görə, cinayətkar dəstə on minlərlə şəxsə aid pasport məlumatlarını internetdə yayıb.

Hakerlərin kiberhücumuna məruz qalan məlumatlar arasında bu ilin yanvar-mart aylarında Argentinada səfərdə olan 11 min İsveçrə vətəndaşının pasport məlumatları, eləcə də səyahət istiqamətləri barədə məlumatlar yer alıb.

İsveçrə Xarici İşlər Departamenti bu barədə məlumatlandırılıb və hazırda Argentinanın yerli qurumları ilə iş aparılır. Bildirilib ki, ələ keçirilən pasport məlumatları real şəxslərin identitetinin oğurlanması və müxtəlif cinayət əməllərində bu məlumatlardan istifadəsinə yol aça bilər.

Qeyd edək ki, şəxsi məlumatları oğurlananlar arasında Almaniya, Fransa və İsrail vətəndaşları da var.

Əlaqədar

Türk hakerlər Amerikadan “qisas” aldı
Hakerlər Azərbaycanın dövlət resurslarına hücum planlaşdırır
Bank hesablarını soyan azərbaycanlı hakerlər ələ keçdi
Hakerlər "WhatsApp" üzərindən telefonlara casus proqramları yerləşdirib
Diqqətli olun: Hakerlər əhalini aldatmağa başladılar
Teqlər:
miqrasiya, Cənubi Amerika, Argentina, Fransa, Almaniya, İsveçrə, haker qrupu, hakerlər, haker

Əsas mövzular