Trampa mükafat verilib, amma Nobel deyil

© REUTERS / KEVIN LAMARQUEПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cari ildə tibbi savad sahəsində mükafata ABŞ Prezidenti Donald Tramp, onun rusiyalı və belaruslu həmkarları Vladimir Putin və Aleksandr Lukaşenko və daha beş ölkənin liderləri layiq görülüblər.

BAKI, 18 sentyabr — Sputnik. Harvard Universitetində şübhəli və absurd elmi nailiyyətlərə və fərziyyələrə görə zarafatyana təltif olunan Şnobel mükafatının təqdimetmə mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, mərasimin yayımı mükafatın təşkilat komitəsinin rəsmi saytında təşkil olunub.

Cari ildə tibbi savad sahəsində mükafata ABŞ Prezidenti Donald Tramp, onun rusiyalı və belaruslu həmkarları Vladimir Putin və Aleksandr Lukaşenko və daha beş ölkənin liderləri layiq görülüblər.

"Tibbi savad sahəsində mükafat Braziliya, Böyük Britaniya, Hindistan, Meksika, Belarus, ABŞ, Türkiyə, Rusiya və Türkmənistanın liderlərinə dünyanı həyat və ölümə alim və həkimlərdən daha çox siyasətçilərin təsir edə bildiyini öyrətmək üçün koronavirus pandemiyasından istifadə etdiyinə görə verilir", – mükafatın təsisçisi Mark Abrahams bildirib.

2020-ci ildə laureatlar üçün mükafat kimi kağız vərəqlərdən yapışdırılmış kub və hiperinflyasiya ilə əlaqədar dövriyyədən çıxarılmış Zimbabve dollarının 10 trilyonluq banknotunun surəti seçilib.

Xəbər lenti
0