23:42 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2620

Trampın sözlərinə görə, əvvəllər o, tanışları ilə görüşmək və şam etmək imkanına malik idi, lakin dövlət xidmətinə keçdikdən sonra onlar Trampa rəsmi olaraq "cənab prezident" kimi müraciət etməyə başlayıblar

BAKI, 18 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Viskonsində mitinqdə çıxışı zamanı onu nəyin məyus etdiyi barədə səs-küylü bəyanat verib.

Sputnik Azərbaycan "Independent" qəzetinə istinadən xəbər verir ki, o, çıxışında dövlət başçısı seçildikdən sonra bütün dostlarını itirdiyini etiraf edib.

"Bu vəziyyətə görə bütün dostlarımı itirdim", – o deyib.

Trampın sözlərinə görə, əvvəllər o, tanışları ilə görüşmək və şam etmək imkanına malik idi, lakin dövlət xidmətinə keçdikdən sonra onlar Trampa rəsmi olaraq "cənab prezident" kimi müraciət etməyə başlayıblar. Ağ Evin rəhbəri deyib ki, son illərdə onun dostlarını konqresmenlər əvəz edirlər.

Viskonsindəki çıxış Trampın seçki kampaniyası çərçivəsində baş tutub. Əvvəlki seçkilərdə o, bu regionda 1 faizdən az səs toplayıb.

"FiveThirtyEight" nəşrinin apardığı sorğulara görə, bu regionda onun əsas rəqibi, demokratların namizədi Co Bayden liderlik edir.

Əlaqədar

Tramp prezident seçkiləri üçün ən böyük təhdidi açıqladı
Trampdan şok yaradacaq anons: Fələstin İsraillə barışacaq
Trampdan bütöv bir dövrə damğa vuracaq etiraf: "Onadək hər şey yaxşı gedirdi"
Tramp İranı təhdid etdi – "1000 qat cavab verəcəksiniz"
Tramp seçkiləri rus təyyarə və silahlarının hesabına qazanmaq istəyir - FOTO
Teqlər:
açıqlama, dost, Ağ Ev, ABŞ, Donald Tramp

Əsas mövzular