Biz Aya salavat çevirəndə baxırıq, onlar təbii peykdə davranış qaydaları hazırlayırlar

© AP Photo / J.David AkeСтатуя Свободы на фоне полной луны в Нью-Йорке
Статуя Свободы на фоне полной луны в Нью-Йорке  - Sputnik Azərbaycan
Abunə olmaq
“Norma, qayda və standartlar olmalı, onlara əməl edilməlidir, bunların pozulmasına görə isə cəzalar olmalıdır”, - NASA rəhbəri

BAKI, 17 sentyabr — Sputnik. Uğurlu beynəlxalq qarşılıqlı fəaliyyət üçün Ayda Amerika dəyərlərinə uyğun olan davranış qaydaları hazırlanmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NASA-nın rəhbəri Cim Braydenstayn Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindəki videoyayımda danışıb.  

“Biz Aya enəndə Ayda davranış qaydaları qoyacağıq”, - Braydenstayn deyib. Misal qismində isə o qeyd edib ki, təhlükəsiz və effektiv beynəlxalq qarşılıqlı əlaqələr üçün lazım olan normalar hazırda Arktikada qüvvədədir.

“Biz Arktikanın hərbi məqsədlərlə istifadəsini istəmirdik, biz orada nüvə silahının olmasını istəmirdik və bunların qarşısını almaq üçün biz davranış qaydaları yaratmaq məqsədilə elmdən istifadə etdik”, - NASA rəhbəri deyib.  

O həmçinin qeyd edib ki, ABŞ-ın “Artemis” Ay proqramı “dünyada həddən artıq populyardır və o, amerika dəyərlərini ehtiva edən kosmosda davranış qaydalarının tətbiqinə kömək edə bilər”.

“Mən amerika dəyərləri deyəndə Amerika üçün unikal olan şeyləri nəzərdə tutmuram, bu, bizim üçün vacib olan şeylərdir – yəni elmdə açıqlıq”, - Braydenstayn deyib.

Onun sözlərinə görə, kosmosda da hərbidə olduğu kimi “düşmən fəaliyyətlərin ayırd edilməsi üçün norma və qaydalar qoyulmalıdır”. “Norma, qayda və standartlar olmalı, onlara əməl edilməlidir, bunların pozulmasına görə isə cəzalar olmalıdır”, - NASA rəhbəri bəyan edib.

“Hamı Aya, Marsa uçmaq istəyir. Siz belə bir prosesə ABŞ-la birlikdə qatılmaq istəyirsinizmi? Biz rəhbərlik edəcəyik, amma bizə lazımdır ki, hamı baza davranış qaydalarına əməl etsin, son nəticədə biz də insident, pis niyyət və qəsdli aktivliyi bir-birindən ayıra bilək”, - Braydenstayn deyib.

Xəbər lenti
0